Prezident İlham Əliyev bu gün Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olub.
92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Xəbər verildiyi kimi, Azərbaycan 2020-ci ilin sonunadək Bakıdan Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolunu istifadəyə verməyi planlaşdırır.
Prezident İ.Əliyev 2018-ci il fevralın 19-da H.Z.Tağıyev qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolunun tikintisinə 150 mln. manat (cari məzənnə ilə $88,2 mln.) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bu avtomobil yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq və turizmin inkişafına təkan verəcək.*
F.İsazadə