Prezident İlham Əliyev bu gün Qubaya səfər çərçivəsində İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışını edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Uzunluğu 33 kilometr olan yol 11 yaşayış məntəqəsini birləşdirir.
Prezident İ.Əliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olub.
Dövlət başçısı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıb.*
F.İsazadə