Nazirlər Kabineti yanında "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı Xanları evinin bərpasına dair “Conco” MMC ilə müqavilə imzalayıb.
Müqavilə Bakı Xanları evinin bərpası, yenidən qurulması və ətrafının abadlaşdırılması işlərini nəzərdə tutur.
www.tender.gov.az saytının məlumatına görə, müqavilənin dəyəri 2 mln. 496 min 998,18 manatdır.
Bakı Xanları evi paytaxtın tarixi mərkəzində yerləşir və XVII-XVIII əsrlərə aiddir. **
N.Abbasova