Bakı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatını Ermənistan rəhbərliyinə işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılması ilə bağlı çağırış kimi qiymətləndirib.
“Bu, Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına dair nəticələrə yönəlik danışıqlara geri dönmək və substantiv müzakirələrə başlamaqla bağlı güclü çağırışdır”, - deyə Azərbaycan XİN-in bəyanatında bildirilir.
Qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də dəfələrlə bəyan etdikləri kimi status-kvo qəbuledilməzdir.
C.Kentin bəyanatı beynəlxalq ictimaiyyətin prezident İlham Əliyevin səsləndirdiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, həmçininAzərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini bir daha təsdiq edir”, - deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, C.Kent dünən Bakıda keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll edilməlidir.*
F.İsazadə