"Aqrolizinq" ASC kənd təsərrüfatı texnikasının alınması ilə bağlı tender elan edib.
Cəmiyyətin tender elanına əsasən, satınalmalar iki lot üzrə həyata keçiriləcək: kombayn, traktor və digər texnikanın satın alınması (lot-1) və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının satın alınması (lot-2).
Tenderdə iştirak haqqı hər bir lot üzrə 3 min manatdır.
Tədarükçü şirkətlər təkliflərini noyabr ayının 23-dək təqdim etməlidir. Tender proseduru noyabrın 26-da baş tutacaq.
«Aqrolizinq» ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
A.Əzizov