2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana16,382 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 14,68 min ədəd avtomobil (artım 2,5 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,507 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,2 dəfə) və 85 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 63,4%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 110 ədəd (azalma 20,3%) motorlu nəqliyyat vasitəsi gətirilib.**
A.Əzizov