Azərbaycanda terrorçuluq və hakimiyyətinzorlaələ keçirilməsinə görə İnterpol xətti ilə axtarışda olan şəxs Moskvada saxlanılıb.
“Oktyabrın 11-də səhər saatlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qanunsuz silah dövriyyəsi, dövlət xadiminin həyatına qəsd, hakimiyyətinzorlaələ keçirilməsi, qanunvericilikdə nəzərdə tutulmayansilahlıbirləşmələrinvə qrupların yaradılması, dövlət əleyhinəyönələnaçıqçağırışlar maddələri ilə iyul ayından etibarən beynəlxalq axtarışda olan 34 yaşlı vətəndaş Arxitektor Vlasov küçəsində saxlanılıb. İstintaqın məlumatına görə, həmin şəxs iyulda baş verən Gəncə hadisələrində iştirak edib”, hüquq-mühafizə orqanlarındakı mənbə “Moskva” şəhər xəbərləri Agentliyinə bildirib.
Hazırda qeyd olunan şəxs RF CM 91-ci maddəsinə əsasən saxlanılıb. Faktla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına məlumat verilib.
Öncə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyeva qarşı baş vermiş terror aktı və daha sonra iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 77 nəfər həbs olunub, 11 nəfər haqqında axtarış elan edilib. Onun sözlərinə görə, bu hadisələrlə əlaqədar axtarışa elan edilən bəzi cinayətkarların yerləri müəyyən edilib, hazırda onların Azərbaycana ekstradisiyası ilə bağlı tədbirlər həyata keçirilir
Xəbər verildiyi kimi, cari il iyulun 3-də axşam saatlarında Gəncədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Nəticədə, E.Vəliyev yaralanıb, hazırda müalicə alır. Eyni zamanda, sui-qəsd törədən Yunis Səfərov hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində saxlanılıb. İstintaq Y.Səfərovun hərəkətlərini məqsədyönlü və planlaşdırılmış terror aktı kimi qiymətləndirib.
İyulun 10-da axşam saatlarında Gəncə şəhərində razılaşdırılmayan aksiyanın qarşısı alınması zamanı iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov həlak olublar.
Aksiya Y.Səfərova dəstək məqsədi daşıyıb. Aksiyanı 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. **
A.Əzizov