2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 21 mln. 945,925 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş $11 mlrd. 588 mln. 26,23 min dəyərində neftin bəyan edilmiş həcmi 21 mln. 945,925 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $5 mlrd. 883 mln. 465,06 min məbləğində neftin bəyan edilmiş həcmi 15 mln. 381,808 min ton təşkil edib. Beləliklə, hesabat dövründə neft ixracı miqdar ifadəsində 42,6%, pul ifadəsində 1,9 dəfə artıb. **
N.Abbasova