2018-ci ilin yanvar-sentyabr aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 5 mlrd. 262 mln. 743,4 min kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan $1 mlrd. 28 mln. 245,98 min məbləğində bəyan olunmuş qazın ixracı 5 mlrd. 262 mln. 743,4 min kubmetr təşkil edib”, - Komitədən qeyd ediblər.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan $928 mln. 658,17 min məbləğində bəyan olunmuş qazın ixracı 5 mlrd. 213 mln. 579,41 min kubmetr təşkil edib. Beləliklə, 2018-ci ilin hesabat dövründə qaz ixracı say ifadəsində 0,9%, pul ifadəsində 10,7% artıb. **
N.Abbasova