2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 10 mlrd. 148,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Kapital qoyuluşlarının azalması neft sektoruna sərmayələrin azalması ilə izah olunur. Hesabat dövründə qeyri-neft sektoruna sərmayə qoyuluşları 20,2% artıb.
Yanvar-sentyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 7 mlrd. 33 mln. manat (bütün investisiyaların 69,3%-i) istehsalat təyinatlı obyektlərin, 2 mlrd. 273,3 mln. manat (bütün investisiyaların 22,4%-i) xidmət obyektlərinin, 842,4 mln. manat (bütün investisiyaların 8,3%-i) mənzil tikintisinə yönəldilib.
Hesabat dövründə 3 mlrd. 988,4 mln. manat (bütün investisiyaların 39,3%-i) xarici investisiyaların, 6 mlrd. 160,3 mln. manat (bütün investisiyaların 60,7%-i) daxili investisiyaların payına düşüb.
2017-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 2,6% azalıb.*
A.Əzizov