2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 837,919 min ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan $425,147 mln. dəyərində 837,919 min ton neft məhsulları ixrac olunub», - deyə məlumatda bildirilir.
2017-ci ilin yanvar-sentyabr aylarında $238,267 mln. dəyərində 617,679 min ton neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin 9 ayı ərzində ixracın həcmi miqdar ifadəsində 35,6%, dəyər ifadəsində 78,4% artıb.
Ötən il Azərbaycandan $339,159 mln. dəyərində 835,452 min ton neft məhsulları ixrac olunub.*
N.Abbasova