“Qazprom” PSC-nin İdarə heyətinin sədri Aleksey Miller və SOCAR (ARDNŞ) şirkətinin prezidenti Rövnəq Abdullayev cümə günü keçirilən görüşdə Azərbaycana qaz tədarükü məsələsini müzakirə ediblər.
“Bu gün Sankt-Peterburqda A.Miller və R.Abdullayev arasında işçi görüşü keçirilib. Görüşdə söhbət Azərbaycana qaz tədarükündən gedib. Qeyd olunub ki, 22 noyabr 2017-ci ildən, respublikaya qaz ixracı bərpa ediləndən etibarən “Qazprom” Azərbaycana 1,15 mlrd. kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, - “Qazprom”un məlumatda qeyd olunur.
2009-cu ilin oktyabr ayında SOCAR və Rusiyanın “Qazprom” MMC arasında 2010-2015-ci illəri əhatə edən dövrdə Azərbaycan qazının alqı-satqısı barədə saziş imzalanıb. 2010-2015-ci illərdə 5,4 mlrd. kubmetr Azərbaycan qazı alınıb.
2015-ci ildə “Qazprom eksport” MMC-nin törəmə şirkəti “Qazprom Şvayts AQ” “Azərbaycan Metanol Şirkəti”nə (AzMeCo) qaz tədarük edib. Müqavilə çərçivəsində ümumilikdə 107,4 mln. kubmetr qaz tədarük olunub.
21 noyabr 2017-ci il tarixində “Qazprom eksport” MMC və SOCAR arasında Azərbaycana qaz tədarükünə dair müqavilə imzalanıb. **
N.Abbasova