Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında brifinq verilib. Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasında olan döyüş texnikası ilə tanış olublar”, - məlumatda deyilir. **
R.Babayev