2003-2018-ci illərdə Azərbaycanda 31 elektrik stansiyası istismara verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
"2003-2018-ci illərdə istismara verilən elektrik stansiyalarının ümumi gücü 2,878 min MVt olub”, - deyə o, rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Nazir vurğulayıb ki, bu dövrdə 40 min kilometrdən çox elektrik verilişi xətti, 1,65 mindən çox yarımstansiya inşa edilib və ya yenidən qurulub.
Ş.Mustafayev deyib ki, 2018-ci ilin sonuna qədər istifadəyə veriləcək "Şimal-2” elektrik stansiyası sistemə əlavə 400 MVt enerji ötürəcək.*
B.Rüstəmbəyov