30 sentyabr 2018-ci il tarixinə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 8,32 mlrd. manat təşkil edir. Bu barədə bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna ABB-nin aktivləri 8,69 mlrd. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-sentyabr aylarında bankın aktivləri 4,3% azalıb.
Məlumata görə, 30 sentyabr 2018-ci il tarixinə “Azərbaycan Beynəlxalq Bankı”nın kredit portfeli 1,7 mlrd. manata (yanvar-sentyabr ayları ilə müqayisədə azalma 4,5% - İF) bərabərdir. 9 ay ərzində bank tərəfindən real sektora 200 mln. manata yaxın həcmdə kredit və qarantiyalar verilib.
Hesabat dövrünün sonuna fiziki şəxslərin bankdakı depozitlərinin həcmi 1,22 mlrd. manat, balans kapitalı 1,28 mlrd. manat təşkil edib.
“Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması ABB-nin mənfəətinə də müsbət təsir göstərib. Bank ilin 9 ayını 319 mln. manat mənfəətlə başa vurub. Bu dövrdə bankın faiz gəlirləri 308 mln. manat təşkil edib. Bankın əməliyyat gəlirləri 87 mln. manat olmaqla qeyri-faiz xərclərini tam qarşılayıb”, - deyə məlumatda qeyd olunur.
ABB 1992-ci ildə yaradılıb. Bankın əsas səhmdarı Maliyyə Nazirliyidir.*
A.Əzizov