Azərbaycanda xəstə heyvan cəmdəyi və ətinin satışı ilə məşğul olan bir qrup şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun yaydığı birgə məlumata görə, faktla bağlı 6 nəfər həbs olunub.
“Müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəkləri aşkar edilməklə məhsulların satışı dayandırılıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə