Azərbaycan prezidenti İlham Əliyev Astara və Lerik şəhərlərində əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 6 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyev bazar ertəsi 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılmasına dair sərəncam imzalayıb. Həmin binaya Astara şəhərində istismar müddəti başa çatmış binaların sakinləri köçürüləcək.
Bundan başqa, İ.Əliyev analoji məqsədlər üçün Lerik Rayon İcra Hakimiyyətinə 3 milyon manatın ayrılmasına dair sərəncam imzalayıb. Lerik şəhərində də 48 mənzilli yaşayış binası inşa olunacaq. **
N.Abbasova