Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirlərinin davam etdirilməsi üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 2 mln. manat ayrılacaq.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, qeyd olunan vəsaitdən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon manat ayrılacaq. Daha 500 min manat Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün ayrılacaq.
Bu məqsədlərə vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq. **
N.Abbasova