17-21 oktyabr tarixində Moskva meriyası qarşısındakı Tver meydanında “Azərbaycanın payız töhfələri” festivalı keçiriləcək.Bu barədə “İnterfaks” agentliyinə bazar ertəsi “Moskva fəsilləri” şəhər tədbirləri silsiləsinin təşkilat komitəsindən məlumat verilib.
“Festivala gələnlər üçün milli məhsulların satışı təşkil olunacaq: təzə tərəvəz və fəsilə aid meyvələr - xurma. üzüm, nar, quru meyvələr, qoz, meyvə şirələri, mürəbbələr, süd məhsulları, ədviyyatlar almaq mümkün olacaq. Həmçinin meydançada “Çay evi” fəaliyyət göstərəcək. Burada Moskva sakinləri və paytaxtın qonaqları milli şirniyatlardan və əsl şərq çay dəstgahından zövq ala bilərlər. Festivalın qonaqları Moskvanın ən yaxşı restoranlarında hazırlanan Azərbaycan ənənəvi mətbəxinə aid yeməklərin dadına baxa biləcəklər”, - agentliyin həmsöhbəti bildirib.
Bundan başqa, festivalda geniş çeşiddə suvenirlər, milli bəzək əşyaları, toxuculuq məmulatları və qablar təqdim olunacaq.
Tədbir çərçivəsində, 17-19 oktyabr tarixində Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi Ansamblı və peşəkar rəqqaslar qrupununkonserti keçiriləcək. Oktyabrın 18-də Ənvər Sadıqovunrəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı, 20 və 21 oktyabr tarixində Şəhriyar İmanovun rəhbərliyi ilə kollektivin konserti baş tutacaq.
O cümlədən, “Xalq sənət emalatxanası” pavilyonunda ustad dərsləri təşkil olunacaq.
Festivalda uşaqlar üçün nağıllardan ibarət teatr təşkil ediləcək. Burada ənənəvi tamaşalar nümayiş olunacaq, uşaqlara həmin tamaşalarda iştirak etmək təklif ediləcək.
Festival Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Moskva şəhər hökuməti ilə birgə təşkil olunub. **