Avropa İttifaqı (Aİ) ölkələri son bir neçə ildə Azərbaycan iqtisadiyyatına $15 mlrd. -dan çox sərmayə yatırıb. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Report” xəbər verir ki, oktyabrın 15-də "Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Respublikanın xarici ticarət dövriyyəsinin 50%-ə yaxını onun payına düşür. Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına $15 mlrd.-dan artıq sərmayə qoyub”, - E.Məmmədyarov Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu günə Azərbaycanda 1,5 mindən Avropa çox fəaliyyət göstərir. “Almaniya-Azərbaycan Ticarət Palatası tərəfindən bu şirkətlər arasında aparılan tədqiqat Azərbaycanın iqtisadiyyatına və davam edən islahatlara inamın artdığını göstərir", - nazir əlavə edib. **
F.İsazadə