Nazirlər Kabineti Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün sənədlər paketini təsdiq edib.
Nazirlər Kabinetindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Mərkəz Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərəcək.
Nazirlər Kabinetinin qərarı ilə Mərkəzin nizamnaməsi və strukturu təsdiq edilib.
Mərkəzin ilkin nizamnamə fondu 300 min manat təşkil edəcək.
Əqli Mülkiyyət Agentliyinə 1 ay müddətində Mərkəzin Müşahidə Şurasının sədri və üzvlərini təyin etmək, əməkdaşların sayını və ştat cədvəlini təsdiq etmək tapşırılıb.*
A.Əzizov