Bakı Nəqliyyat Agentliyi (BNA) qanunsuz parklanmanı aşkarlama üçün kamera sistemlərinin tədarükçüsünü seçir.
Seçim açıq tender metodu ilə və 2 lot üzrə keçirilir: Lot-1 – foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının alınması, quraşdırılması və aşkarlama cihazlarının işləməsini təmin edən proqram təminatı; Lot-2 – sistem üçün server, yaddaş qurğusu, şəbəkə strukturunun aralıqsız işləməsi üçün avadanlıqlar.
1-ci lot üzrə tenderdə iştirak haqqı 750 manat, 2-ci lot üzrə - 500 manatdır.
Təkliflər noyabrın 28-dək qəbul olunur. Tender proseduru noyabrın 29-da baş tutacaq.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı iləyaradılıb.
Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
B.Rüstəmbəyov