Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 17-dən 20-dək Çex Respublikasında işgüzar səfərdə olacaq. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfər çərçivəsində Çexiyanın müdafiə naziri və digər dövlət qurumlarının rəhbərləri ilə görüşlər, həmçinin bu ölkənin müdafiə sənayesi müəssisələrinin istehsal etdiyi məhsullarla tanışlıq nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Görüşlər zamanı Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.
Səfər Çexiyanın müdafiə nazirinin dəvəti ilə baş tutacaq.*
F.İsazadə