2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan 21 mln. 595,3 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 0,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $10 mlrd. 856,145 mln. (artım 41,9%) təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilmiş $10 mlrd. 493 mln. 533,7 min məbləğində neftin bəyan edilmiş həcmi 19 mln. 934,9 min ton təşkil edib.
2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib.*
N.Abbasova