Matteo Patrone Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru təyin olunub. Bu barədə bankın məlumatında deyilir.
O, bu vəzifədə Fransis Maliji əvəz edib. F.Malij bu yaxınlarda AYİB-in Londondakı mənzil qərargahında maliyyə müəssisələri sektorunda idarəedici direktor təyin olunub.
M.Patrone Kiyevdə işləyəcək və Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna üzrə məsul olacaq.
Bank tərəfindən sözügedən 6 ölkəyə investisiya qoyuluşlarının ümumi məbləği 24 mlrd. avroya yaxın məbləğdə qiymətləndirilir.*
A.Əzizov