2018-ci ilin yanvar-avqust aylarında $212 mln. 522,7 min dəyərində yük avtomobilləri idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə respublikaya 12,522 ədəd yük avtomobili (artım 2,6 dəfə) idxal olunub”, - hökumətdən qeyd ediblər.
O cümlədən, 8 ay ərzində Azərbaycana $21 mln. 747 min məbləğində (artım 2,2 dəfə) 1,332 min ədəd yük avtomobili idxal olunub (artım 2,2 dəfə).
Bundan başqa, cari ilin yanvar-avqust aylarında ölkəyə $5 mln. 901,4 min dəyərində (azalma 35,7%) 100 ədəd avtobus idxal olunub (azalma 25,4%). **
B.Rüstəmbəyov