“Formula-1” yarışlarının Bakı mərhələsinin keçirilməsi məqsədilə ayrıca avtodromun tikintisinə dair planlar yoxdur. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) kommersiya direktoru Bülent Özerdim məlumat verib.
“Bakıda “Formula-1” yarışlarının keçirilməsi üçün xüsusi avtodrom tikilməyəcək”, - B.Özerdim mətbuat konfransında bildirib.
“Öncədən Azərbaycan Qran-Prisi şəhər yarışı kimi nəzərdə tutulurdu, buna görə bu məsələyə dəyişikliklər daxil etməyi düşünmürük”, - Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadaraiöz növbəsində qeyd edib.
Bundan başqa, yarışların Bakıdakı təşkilatçıları trasın konfiqurasiyasının dəyişdirilməsinə dair planların olmadığını bəyan ediblər.
“Formula-1” yarışlarının Azərbaycandakı mərhələsi 2016-cı ildən etibarən keçirilir. Birinci il “Avropa Qran-pri”si, 2017-ci ildən etibarən isə Azərbaycan Qran-prisi adlanır. **
R.Babayev