SOCAR 2018-ci ilin yanvar-sentyabr aylarında 4,87 mlrd. kubmetr qaz hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, cari ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən 4,46 mlrd. kubmetr qaz hasil olunub. Beləliklə, yanvar-sentyabr aylarında şirkət qaz hasilatını 9,2% artırıb.
"2018-ci ilin III rübündə SOCAR 1 mlrd. 668,082 mln. kubmetr qaz hasil edib, bu da 2017-ci ilin iyul-sentyabr aylarının göstəricisindən 11% çoxdur», - şirkətdən qeyd olunur.
2017-ci ildə SOCAR 6 mlrd. 89 mln. kubmetr qaz hasil edib ki, bu da Azərbaycanda qaz hasilatının ümumi həcminin 21,3%-ni təşkil edib.**
N.Abbasova