2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 731 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 20,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $130 mln. 955,8 min (artım 16,4%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $54 mln. 476,7 min dəyərində (azalma 50,2%) 148,9 min ton şəkər xammalı və şəkər (azalma 36,2%), $76 mln. 651,7 min dəyərində (azalma 0,6%) 89,166 min ton bitki yağı (artım 5%), $33 mln. 858 min dəyərində (artım 9,1%) 8,738 min ton çay (artım 9%), $47 mln. 069,7 min dəyərində (artım 1,7%) 8,018 min ton kərə yağı və süd (azalma 22%) idxal edilib.
Yanvar-avqust aylarında respublikaya $15 mln. 298 min dəyərində (azalma 13,4%) 5,01 min ton (azalma 21,7%) iribuynuzlu heyvan əti, $24 mln. 277,2 min dəyərində (artım 11%) 21,845 min ton (artım 6,4%) quş əti və ondan hazırlanan məmulatlar idxal olunub.
Yanvar-avqust aylarında respublikaya $64 mln. 164 min dəyərində (artım 50,2%) 72,508 min ton meyvə (artım 50,2%), $6 mln. 444,4 min dəyərində (azalma 40,8%) 11,751 min ton tərəvəz (azalma 47,1%), $21 mln. 393,6 min dəyərində (azalma 4,9%) 85,611 min ton kartof (azalma 18,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycandan $155 mln. 588,9 min dəyərində (artım 7,4%) 171,5 min ton tərəvəz (azalma 3,3%), $129 mln. 250,7 min dəyərində (artım 33%) 102,8 min ton meyvə (artım 37,6%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $17 mln. 374,1 min dəyərində (azalma 45,6%) 29,707 min ton şəkər (azalma 39,4%), $6 mln. 216,1 min dəyərində (azalma 18,2%) 7,475 min ton bitki yağı (artım 1,2%) ixrac edilib.
Həmçinin yanvar-avqust aylarında Azərbaycan $6 mln. 215 min (аrtım 1,3%) dəyərində 4,961 min ton meyvə və tərəvəz şirələri (azalma 13%), $5 mln. 232,8 min (аrtım 50,2%) dəyərində 454,1 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 2,2 dəfə), $4 mln. 699,8 min (аrtım 64,2%) dəyərində 4,107 min ton meyvə və tərəvəz konservləri (artım 14,9%) ixrac edib.*
B.Rüstəmbəyov