Vergilər Nazirliyi mühüm həcmdə nizamnamə kapitalı ilə bir sıra şirkətləri qeydiyadan keçirib.
Nazirliyin materiallarına əsasən, 28 avqust 2018-ci il tarixində 2 mln. 558,868 min manat məbləğində nizamnamə kapitalı ilə “Buzovna İdman Zalı” MMC qeydiyyata alınıb. Şirkətin rəsmi nümayəndəsi Cəfər Əliyevdir.
Bundan əlavə, avqustun 30-da 600 min manat nizamnamə kapitalı ilə “Anadolu Qida” MMC qeydiyyata alınıb. Şirkətin rəsmi nümayəndəsi Rəfail Musayevdir.
Avqustun 27-də 216,69 min manat məbləğində nizamnamə kapitalı ilə “Baltech Group” MMC nazirlik tərəfindən qeydiyyatdan keçirilib. MMC-nin rəsmi nümayəndəsi İlqar Rəhimovdur. **
A.Əzizov