Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun layihələndirilməsi və inşaat işləri üzrə podratçı seçir.
Seçim açıq tender metodu ilə aparılır. Tenderdə iştirak haqqı 1,2 min manatdır.
Şirkətlər tender təkliflərini 2018-ci il noyabrın 28-dək təqdim edə bilər. Tender proseduru noyabrın 29-da baş tutacaq.
Telefon: (070) 303 00 01
Qeyd edək ki, prezident İlham Əliyev 2018-ci ilin iyul ayında “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 mln. manat ayrılıb.*
B.Rüstəmbəyov