Azərbaycan Ordusunun Hava hücumundan müdafiə (HHM) bölmələri təlimlər zamanı “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.
“Müxtəlif təlim mərkəzlərində Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimləri keçirilib. Təlimlərdə HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər”, - Müdafiə Nazirliyindən məlumat verilir.
Təlimlər Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilib. **
F.İsazadə