2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 39 mlrd. 690,3 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 9,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib.
Statistik məlumatlara görə, 9 ay ərzində əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,5% - 4 min 46,7 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 36 mlrd. 465,7 mln. manat qalır ki, bu da 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 10% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.*
B.Rüstəmbəyov