Sahibkarlığın İnkişafı Fondu çərşənbə günü Aran iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 1,3 mln. manat güzəştli kreditverib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Güzəştli kreditlər heyvandarlıq, süd emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Ümumilikdə, Aran iqtisadi rayonunda fəaliyyət göstərən 14 minə yaxın sahibkara 573,7 mln. manat güzəştli kredit verilib.
2018-ci ilin oktyabr ayında SİF xətti ilə sahibkarlara kreditlərin verilməsinə başlanıb. Kreditlər 5 min manatdan 50 min manatadək (3 il müddətinə, 50 min manatdan 1 mln. manatadək (5 il müddətinə) və 1 mln. manatdan 10 mln. manatadək (10 il müddətinə) verilir. Kreditlər üzrə dərəcə - illik 5% təşkil edir. **