Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən üç jurnalist - Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adlarını "arzuolunmaz şəxslər siyahısı"na daxil edəcək.
"Frankafoniya sammiti ərəfəsində Ermənistan bir neçə jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edib. Bu səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək", - XİN-in bəyanatında qeyd olunur.
XİN-in rəyinə görə, bu səfərlə jurnalistlər “jurnalist etikası və obyektivlik prinsipini pozublar”. **
F.İsazadə