Azərbaycan prezidenti İlham Əliyev Şəki rayonunda avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 20,8 mln. manat ayırmağı tapşırıb.
Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolu 8 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov