Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi günü qeyd edilir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edilib.
1991-ci il dekabrın 29-da Azərbaycanda dövlət müstəqilliyi məsələsi üzrə referendum keçirilib.
Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə səs verib.
1992-ci ilin may ayında Milli Məclisdə Azərbaycan Respublikasının dövlət himni (musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsusdur), bir qədər sonra isə dövlət bayrağı və üzərində səkkizguşəli ulduzun təsvir olunduğu dövlət gerbi təsdiq edilib.
1992-ci ildən etibarən 18 oktyabr tarixi Azərbaycanda bayram günü kimi qeyd edilir.*