2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 448,5 mln. manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 32,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 mln. 571,2 min tonadək sement (artım 21,7%), 1 mln. 82,2 min tonadək hazır beton qarışığı (artım 2,1 dəfə), 23,046 min tonadək emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan məmulatlar (artım 43,9%), 220 min tonadək asfalt (artım 88,7%), 224,7 min kubmetrədək tikinti kərpici (artım 6,8%) istehsal olunub.
Bu ilin yanvar-sentyabr aylarında tikinti gipsi istehsalında 46,4% - 39,1 min tonadək, betondan yığma tikinti konstruksiyalarının istehsalında 41,2% - 74,6 min kubmetrədək, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalında 12,5% - 69,2 min tonadək, tikinti əhəngi istehsalında 1,3% - 22,1 min tonadək azalma qeydə alınıb.*
B.Rüstəmbəyov