2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana 183,7 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 57,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-avqust aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $52 mln. 564,5 min (artım 65,8%) təşkil edib”, - məlumatda bildirilir.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $7,866 mln. dəyərində (artım 82,6%) 33,112 min ton (artım 64,8%) sement və sement klinkeri idxal edilib.
Yanvar-avqust aylarında respublikaya $32 mln. 188,6 min dəyərində (artım 48,2%) 25,39 min ton (artım 34,2%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $137 mln. 346 min dəyərində 182,7 min ton (azalma 3,2%) metalyayma məhsulu, $60 mln. 431,3 min dəyərində 100,6 min ton (artım 32%) qara metaldan hazırlanan çubuqlar, $19 mln. 771,3 min dəyərində 23,315 min ton (azalma 5,4%) qara metaldan hazırlanan günyə, $285 mln. 966,5 min dəyərində (artım 2,4 dəfə) 141,6 min ton (artım 2 dəfə) qara metaldan hazırlanan boru idxal edilib.**
B.Rüstəmbəyov