Moskvavə Bütün RusiyanınPatriarxı Kirill Azərbaycan prezidenti İlham Əliyevə hökumət orqanlarının Rus Pravoslav kilsəsinin Bakıvə AzərbaycanYeparxiyası ilə səmərəli əlaqələrinə görə minnətdarlığını bildirib
Patriarx Azərbaycan Dövlət Müstəqilliyi Günü münasibətilə İ.Əliyevə təbrik məktubu ünvanlayıb.
“Ölkənin hökumət orqanlarının Rus Pravoslav kilsəsinin Bakıvə AzərbaycanYeparxiyası ilə səmərəli əlaqəsinə görə Sizə minətdaram. Əminəm ki, bu əalqələr gələcəkdə də insanların mənəvi və patriotik tərbiyəsinə, Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanılmasına, sülh və vətəndaşlıq həmrəyliyinin quruculuğuna imkan yaradacaq”, - Patriarxın məktubunda deyilir.
O qeyd edib ki, dövlət suverenliyi qazanandan sonra Azərbaycan mühüm və mürəkkəb sosial-iqtisadi dəyişikliklər yolu keçib.
“Ötən illər mədəni və dini ənənələrə sadiqliyin qorunub saxlanılmasının nə dərəcədə vacib oldğunu göstərdi ki, onlar olmadığı halda cəmiyyətin harmoniyalı inkişafı mümkün deyil. Ümid edirəm ki, bundan sonra da Azərbaycan xalqı öz həyatında daimi olan sülh, xeyirxahlıq və ədalət ideallarını rəhbər tutacaq”, - məktubda vurğulanır. **
F.İsazadə