2003-cü ildən 2018-ci il oktyabrın 1-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 85 mlrd. 405 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“2018-ci ilin yanvar-sentyabr aylarında ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 7 mlrd. 788 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
N.Abbasova