Bakıda Çay festivalı və Moskvada "Azərbaycanın payız hədiyyələri" festivalı qarşıdan gələn həftə sonu üçün ən yaxşı səyahət istiqamətlərinin top-5-nə daxil olub.
“TurStat” analitik agentliyinin məlumatına görə, Bakı, Moskva, Arxangelsk, Lipetsk vilayəti və Krasnodar diyarında turistlər üçün ən maraqlı həftə sonu tədbirləri keçiriləcək.
"Qarşıdan gələn istirahət günlərində (20-21 oktyabr) şəhər sakinləri və turistlər üçün maraqlı olacaqən yaxşı tədbirlərin top-5-nə Moskvada "Azərbaycanın payız hədiyyələri" festivalı, Bakıda Beynəlxalq Çay Festivalı, Arxangelskdə Beynəlxalq caz günləri festivalı daxildir", - deyə “TurStat” qeyd edir.
Reytinq hadisələrin və festivalların populyarlığı və unikallığının təhlili əsasında tərtib olunub.
II Beynəlxalq Çay Festivalı oktyabrın 20-də Bakıda “Sheraton Baku Airport Hotel”də keçiriləcək. Tədbir Azərbaycanın Milli Kulinariya Assosiasiyası və Milli Kulinariya Mərkəzi tərəfindən təşkil olunub. 20 oktyabr tarixində keçiriləcək festivalda Beynəlxalq Aşbazlar Günü (International Chefs Day) çərçivəsində Azərbaycan, Rusiya, Yaponiya, Türkiyə, Çin, Hindistan, Özbəkistan və digər ölkələrin çay ənənələri təqdim ediləcək.*
F.İsazadə