Son on illik ərzində Azərbaycan elektrik enerjisi idxalını mühüm dərəcədə azaldıb və ixracı artırıb. Bunu energetika naziri Pərviz Şahbazov qeyd edib.
“Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVt-s elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVt-s-a qədər azalıb. İxrac isə əksinə, 1,282 mlrd. kVt-s-a qədər yüksəlib”, - P.Şahbazov rəsmi “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir qeyd edib ki, 2018-ci ilin yanvar-sentaybr ayları ərzində 107,4 mln. kVt-s idxala qarşı 750,6 mln. kVt-s elektrik enerjisi ixrac edilib.
“Bu dövrdə Gürcüstana 587,9 mln. kVt-s, İrana 72,6 mln. kVt-s, Rusiyaya 76,6 mln. kVt-s, Türkiyəyə 13,45 mln. kVt-s elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln. kVt-s, İrandan 24,4 mln. kVt-s, Gürcüstandan 23,1 mln. kVt-s olub”, - P.Şahbazov vurğulayıb. **
B.Rüstəmbəyov