Azərbaycanın gömrük orqanları Rusiya vətəndaşı tərəfindən $15,5 minə yaxın məbləğdə vəsaitin ölkənin gömrük sərhədindən bəyan edilmədənkeçirilməsinə cəhdin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Bakı-Urumçi aviareysi ilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının çantasında olan sellofan paketdəki corabın içində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan və ya gömrük nəzarətindən gizlədilən 154 ədəd - hər biri 100 ABŞ dolları nominalındaəsginasolmaqla, cəmi 15.400 ABŞ dolları aşkar edilib”, – deyə məlumatda bildirilir.
Vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o, 100 ədəd - hər biri 100 ABŞ dolları nominalındaəsginasolmaqla, cəmi 10.000 ABŞ dollarını gödəkçəsinin cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə, vətəndaşdan 25400 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.*
F.İsazadə