Azərbaycanda fəaliyyətdə olan elektrik stansiyalarının ümumi qoyuluş gücü hazırda 7139,1 MVt təşkil edir. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“Müstəqillik dövründə 3068,3 MVt gücündə 28 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 32-yə çatdırılıb”, - deyə o, rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
Nazirin sözlərinə görə, bu stansiyaların energetika sistemində ümumi gücü 6294,7 MVt-dır. Ölkədə müstəqil elektrik stansiyaları da fəaliyyət göstərir. Onların ümumi qoyuluş gücü 844,4 MVt-dır. Beləliklə, ölkədə fəaliyyətdə olan elektrik stansiyalarının ümumi qoyuluş gücü hazırda 7139,1 MVt təşkil edir.*
B.Rüstəmbəyov