Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkə əhalisinin orta ömür uzunluğunun artdığını qeyd edir.
"Azərbaycanda orta ömür uzunluğu artır. Bu, qadınlar üçün 78, kişilər üçün 73 il təşkil edir", - deyə o, bu gün Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının təqdimatı zamanı bildirib.
Nazirin sözlərinə görə, bu gün inkişaf etmiş ölkələrdə əhalinin sayında azalma müşahidə olunur, onların demoqrafik qocalması baş verir.
"Bu gün planet əhalisinin sayında müşahidə edilən güclü artım bir çox problemlər yaradır. Bu, həm ətraf mühitə vurulan ziyan, həm qida məhsullarının çatışmazlığı, həm də insanların məşğulluğu ilə bağlı çağırışlardır. İnkişaf etmiş ölkələrdə əhalinin sayı azalır, demoqrafik qocalma müşahidə olunur. İnkişaf edən ölkələrdə isə əksinə, əhalinin sayı artır və cavanlaşma gedir”, - deyə S.Babayev qeyd edib.*
R.Babayev