“Turkish Airlines” hava limanı (THY) 2018-ci il noyabrın 8-dən Bakıdan İstanbulun yeni aeroportuna reyslərə start verir. Bu barədə şirkətin məlumatında deyilir.
«Uçuşlar hər gün və endirimli qiymətlərlə həyata keçiriləcək. İstanbul-Bakı-İstanbul reysinə biletin onlayn alış zamanı minimal qiyməti 82 avro (təxminən 164 AZN), əks istiqamətdə isə 109 avro (təxminən 218 AZN). Biletin qiymətinə 30 kq baqaj və 8 kq əl yükü də daxildir», - deyə məlumatda bildirilir.
İstanbuldan Bakıya uçuşlar hər gün saat 09:25-də, əks istiqamətdə isə 14:10-da həyata keçiriləcək. Bakıya çatma vaxtı saat 13:15, İstanbula çatma vaxtı 16:30-dur.
Endirimli qiymətlərlə biletlər yalnız 29 dekabr 2018-ci il tarixinədək əldə edilə bilər və səyahət sözügedən tarixədək həyata keçirilməlidir.
Qeyd edək ki, İstanbul Yeni Hava Limanına yerinə yetiriləcək uçuşlar hazırda Atatürk və Sabiha Gökçen hava limanlarından Bakıya yerinə yetirilən uçuşlara əlavə olaraq həyata keçiriləcək və bu uçuşlar həmişəki qaydada davam edəcək
İstanbul hava limanının birinci mərhələsi 2018-ci il oktyabrın 29-da istismara veriləcək.*
N.Abbasova