Nazirlər Kabineti Azərbaycana gətirilən benzinləri idxal rüsumundan azad edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Nazirlər Kabinetinin 1 oktyabr 2018-ci il tarixli qərarı ilə 95 və 92 oktan ədədi ilə benzinlər 90 gün müddətinə idxal rüsumundan azad edilib. İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15%-i həcmində idxal rüsumuna cəlb edilib”, - hökumətin qərarında deyilir.
Hökumət tərəfindən müvafiq qərar SOCAR, Maliyyə, İqtisadiyyat, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri əsasında qəbul edilib.
2017-ci ilin iyul ayında Azərbaycan hökuməti idxal olunan benzinə artıq analoji güzəştlər tətbiq edib. O zaman da güzəştlər 90 gün müddətinə qüvvədə olub. **
N.Abbasova