“SOCAR AQŞ” MMC “Günəşli” yatağının dayazsulu hissəsindəki yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
328 nömrəli quyu 7 nömrəli stasionar dəniz özülündən qazılır və layihə dərinliyi 2800 metrdir. Quyu Fasilə lay dəstəsinə (FLD) qazılacaq.
Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
“SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib.
Hazırda “SOCAR-AQŞ” “Günəşli” yatağının dayazsulu hissəsində (7 və 11 saylı platformalardan), “Ümid” (Ümid-1 platformasından), “Bulla” (6 saylı platformadan) və “Qərbi Abşeron” yataqlarında (10 saylı platformadan) qazma işləri həyata keçirir.*
N.Abbasova