1 saylı Kliniki TibbiMərkəzə (Semaşko) gətirilən İrana məxsus “Nazmehr” quru yük gəmisinin8 nəfər heyət üzvündən hazırda 2 dənizçi klinikada müalicə alır. Bu barədə İranın Bakıdakı səfirliyinin press-attaşesi Seyid Əli Musəvi “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Zəhərlənən dənizçilərdən 6 nəfər xəstəxanadan buraxılıb. Onlar gəmiyə qayıdıblar”, - S.Ə.Musəvi bildirib.
Onun sözlərinə görə, xəstəxanada qalan 2 dənizçi yaxın saatlarda buraxılacaq.
“Zəhərlənmə nəticəsində həlak olan 3 nəfər heyət üzvünün cəsədi iki-üç günə başa çatacaq tibbi ekspertizadan sonra vətənə göndəriləcək”, - diplomat qeyd edib. **
F.İsazadə